Valyuta məzənnələri

23.06.2017

Alış Satış
USD 1.688 1.697
EUR 1.877 1.902
GBP 2.136 2.1642
RUR 0.0281 0.0285
Alış Satış
USD 1.688 1.7
EUR 1.88 1.904
GBP 2.139 2.1662
RUR 0.0281 0.0286
CHF 1.7326 1.7554
CAD 1.2722 1.289
TRY 0.4792 0.4855
JPY 1.5107 1.5305
AED 0.4578 0.4639
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Səhmdarlar

Səhmdarlarımız sırasında beynəlxalq təşkilatların iştirakı etibarlılığımızı əks etdirir.

Hazırda DəmirBank ölkənin aparıcı banklarından biridir. Fəaliyyətin və dinamik inkişafın nəticəsi olaraq DəmirBank beynəlxalq maliyyə institutlarının marağına səbəb olmuşdur.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

23 noyabr 2005-ci ildən dünyanın iri və tanınmış maliyyə təşkilatlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı DəmirBank səhmdarı olmuşdur. AYİB Bankın “25% +1 səhm” həcmində səhm paketinə malikdir. Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Bankın baş ofisi London şəhərində yerləşir. Avropa Yenidənqurma və İnkişaf Bankı Avropa və mərkəzi Asiya ölkələrində özəl sektorun və bazar iqtisadiyyatının inkişafı məqsədi ilə Avropanın 40 ölkəsi, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının tərəfindən yaradılmışdır.

Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO)

30 noyabr 2007-ci ildən Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) DəmirBank-ın 10% səhmlərinə sahibdir. FMO dünyanın inkişaf edən ölkələrində özəl sektorun inkişafı məqsədi ilə Hollandiya hökuməti, Hollandiyanın aparıcı bankları və 100-dək müxtəlif şirkətlər və assosiasiyalar tərəfindən 1970-ci ildə yaradılmışdır.

AYİB və FMO ümumilikdə “35% + 1 səhm” həcmində səhm paketi ilə DəmirBankın Müşahidə Şurasında təmsil olunurlar və Bankın inkişafı ilə bağlı strateji məsələlərin həllində fəal iştirak edirlər. DəmirBank səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatlarının daxil olması Bankın etibarlılıq səviyyəsini əks etdirir və onun inkişafı üçün yeni imkanlar yaradır.