Valyuta məzənnələri

22.08.2017

Alış Satış
USD 1.695 1.701
EUR 1.988 2.018
GBP 2.169 2.202
RUR 0.0285 0.0289
Alış Satış
USD 1.695 1.701
EUR 1.991 2.02
GBP 2.172 2.204
RUR 0.0285 0.029
CHF 1.7474 1.7738
CAD 1.3407 1.361
TRY 0.4813 0.4886
JPY 1.5408 1.5642
AED 0.4584 0.4653
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Ümumi məlumat

DəmirBank zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir.

  • Bankın tarixi

DəmirBank zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Ölkənin ilk banklarından biri olan DəmirBank 6 oktyabr 1989-cu  ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

  • Xidmət şəbəkəsi

DəmirBank Bakıda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir.

  • Beynəlxalq ödəniş sistemlərində üzvlük və müxbir əlaqələr

DəmirBank MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin, eləcə də S.W.I.F.T. beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. DəmirBank dünyanın aparıcı bankları, xüsusilə ABŞ, Avropa və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələri qurmuşdur.

  • Bakı Fond Birjası və Milli Kart şirkətlərində səhm payı

DəmirBank Bakı Fond Birjasının səhmdarlarından biri olan və birjada broker və diller xidmətləri göstərən ADB Broker şirkətinin təsisçisidir. Bank həmçinin MilliKart prossesinq mərkəzinin əsas səhmdarlarından biridir.

  • Mükafat və Nominasiyalar

“Uğurlu Rebrendinq” nominasiyasında “Uğur-2009” mükafatı

“EKO-2010” Koalisiyası tərəfindən “Ekologiyanın Dostu” Milli Mükafatı - 2010-cu il

“Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti” üzrə FƏXRİ DİPLOM

Regionların sosial-iqtisadi inkişafında yaxından və fəal iştirakına etdiyinə görə  “Regionların Sosial İqtisadi inkişafına verdiyi töhfəyə görə” mükafatı

“PR üzrə ən fəal bank” nominasiyasında GUAM ölkələrinin Ən Yaxşı Bankı

2011-ci ilin iyun ayında, Crystal Butterfly – II Bakı Reklam Festivalında “Ən yaxşı qrafik dizayn kateqoriyası” Fəxri Diplomu

“Yeni bank məhsullarının yaradılması və tətbiqi üzrə” nominasiyasında GUAM ölkələrinin Ən Yaxşı Bankı– 2012

“Şəffaf pərakəndə bankçılıq” xidmətlərinə görə “Uğur – 2014” milli mükafatı

“Qiymətləndirilmənin Şəffaflığı Möhürü -2014" - Fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə MicroFinance Transparency təşkilatı tərəfindən

  • Korporativ sosial məsuliyyət

DəmirBank cəmiyyət qarşısında sosial-yönümlü fəaliyyəti mühüm öhdəlik hesab edərək “Korporativ Sosial Məsuliyyət” strategiyasını hazırlayıb və bu sahədə mütəmadi olaraq ekologiya və ətraf mühitin mühafizəsi, gənclərə və təhsilə dəstək məqsədilə müxtəlif təcrübə və məşğulluq proqramlarının təşkil edilməsi, xeyriyyə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsinə dəstək və tarixi irsin qorunması, idman və sağlamlığa qayğının göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bunlarla yanaşı DəmirBank əhalinin rifah səviyyəsinin yaxşılaşmasına yönəlmiş məhsul və xidmətlərə xüsusi önəm verilir.

  • Şəffaflıq və İctimaiyyətlə əlaqələr

DəmirBank ictimaiyyətin etibarını dəyərləndirərək məlumatların açıqlanmasını və fəaliyyətinin şəffaflığını İnternet səhifəsi, mətbuat üçün açıqlamalar, İllik hesabatlar, KİV-lərlə geniş əlaqələr sayəsində təmin edir.