Valyuta məzənnələri

22.06.2017

Alış Satış
USD 1.688 1.697
EUR 1.8785 1.9035
GBP 2.131 2.159
RUR 0.0279 0.0283
Alış Satış
USD 1.688 1.7
EUR 1.8815 1.9055
GBP 2.134 2.161
RUR 0.0279 0.0284
CHF 1.7297 1.7525
CAD 1.2623 1.2789
TRY 0.4762 0.4825
JPY 1.5137 1.5336
AED 0.4578 0.4639
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Akkreditiv

Satıcı tərəfindən malın göndərilməsi, müvafiq sənədlərin təqdim edilməsi və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi müqabilində alıcının göstərişinə əsasən akkreditivdə göstərilən məbləğin satıcıya ödənişini təmin edən razılaşmadır.

Akkreditivin formaları

  • Geri çağırıla bilməyən akkreditiv - Vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməyən akkreditiv geri çağırıla bilməyən akkreditiv sayılır. Geri çağırılmayan akkreditiv emitent bankın qəti öhdəliyidir. Geri çağırılmayan akkreditiv emitent bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz.
  • Geri çağırıla bilən akkreditiv - Vəsait alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geri çağırıla bilən akkreditiv sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan qarşısında hər hansı öhdəliklərini yaratmır.
  • Revolver akkreditiv - Bərabər hissələrə bölünərək, əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlanır.
  • Qarşılıqlı akkreditiv (Back-to-Back) - Alınmış hər hansı bir akkreditiv təminat kimi qəbul edilərək, onun əsasında digər akkreditiv açılır.
  • Transferabel akkreditiv (köçürülə bilən) - Satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək hüququ verir.
  • Rezervli akkreditiv (Stand-by) - Malın alıcı və satıcısına açıq hesabla işləmək imkanı verir və akkreditiv malın alıcısı ödəniş öhdəliklərini yerinə yetirmədikdə icra olunur.

Bankın akkreditivləri tanınmış maliyyə institutları tərəfindən təsdiqlənir. Xarici bankların təqdim etdiyi kredit xətləri DəmirBank üçün öz tərəfdaşlarına xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi üzrə sərfəli şərtlərlə xidmətlər təklif etməyə imkan yaradır. DəmirBank öz müştərilərinə aşağıda sadalanan sənədli əməliyyatların həyata keçirilməsi üzrə bütün növ xidmətləri təklif edir:

  • İxrac akkreditivləri;
  • Birinci dərəcəli banklar tərəfindən təsdiq edilən və təsdiqsiz idxal akkreditivləri (örtüksüz, sonradan maliyyələşdirmə);

Azərbaycan ərazisində DəmirBank öz müştərilərinə akkreditivləri həm manatla, həm də xarici valyutada açır.