Valyuta məzənnələri

23.06.2017

Alış Satış
USD 1.688 1.697
EUR 1.877 1.902
GBP 2.136 2.1642
RUR 0.0281 0.0285
Alış Satış
USD 1.688 1.7
EUR 1.88 1.904
GBP 2.139 2.1662
RUR 0.0281 0.0286
CHF 1.7326 1.7554
CAD 1.2722 1.289
TRY 0.4792 0.4855
JPY 1.5107 1.5305
AED 0.4578 0.4639
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi
25 may 2017

“DəmirBank” ASC 2017-ci ildə mal və xidmətləri satınalınması məqsədi ilə əlavə tender elan edir

"DəmirBank" ASC 2017-cı ildə aşağıda qeyd edilmiş mal və xidmətlərin illik satınalması məqsədilə əlavə tender elan edir:

Lot 6. Kartriclərin satın alınması, təkrar doldurulması və vaxtında ünvana çatdırılması.
Lot 7. Reklam və poliqrafiya məhsullarının hazırlanması və vaxtında ünvana çatdırılması.
Lot 8. Dizayner xidmətinin göstərilməsi.
Lot 9. Nəqliyyat vasitələrinə təmir xidmətinin göstərilməsi.
Lot 10. ATM üzrə xidmətlərin göstərilməsi.
Lot 12. Q- matik avadanlıgının illik xidmət dəstəyi.
Lot 13. Pos terminal avadanlıqlarının illik xidmət dəstəyi.
Lot 14. Kondisioner və istilik sistemlərinin quraşdırılması, təmiri  
Lot 15. Kassa apparatlarının təmiri

Tender iştirakçıları hər bir Lot üzrə əsas şərtlər toplusunu, alınacaq malların və görüləcək işlərin siyahısını və illik həcmini AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və  Bankın www.demirbank.az saytından əldə edə bilərlər.
    
İştirakçılar tenderdə iştirak etmək üçün 07 iyun 2017-ci il saat 18:00-dək aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:

•    Tenderdə iştirak etmək üçün ərizə;
•    Malların mənşə sertifikatların surətləri;
•    Xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri (tələb olunduqda);
•    Tender təklifi (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır);
•    Tender təklifini və satınalma/xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
•    İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır).
•    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
•    İddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərin (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri; 
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
 
Tender təklifləri 16 may 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş  şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.

Məhsulları (malların/xidmətlərin) beynəlxalq standartların tələblərinə cavab verən, analoji işlərdə təcrübəsi, idarəetmə səriştəsi, peşəkarlığı texniki və   maliyyə imkanları olan iddiaçılar tenderdə iştirak edə bilərlər.

İştirakçılar tender zərflərinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxslə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Mikayılova İradə. 
Ünvan:  AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi.
Telefon:  +994 12 444 71 71 (daxili 338). 077-250-61-55
Faks: +994 12 444 72 14.   

Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan Respublikasının dövlət dilindədir.  Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları ölkələrin dilində hazırladıqları təkliflərin Azərbaycan dilinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnini əlavə etməlidirlər.

Təkliflərdə tender predmetini səciyyələndirən bütün zəruri parametrlər, o cümlədən işin icrasının texniki cəhətləri, dəyəri, vaxtı, yeri, idarəetmə qaydası, haqqın ödənilən forması və sair göstəricilər bildirilməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, malların vaxtında çatdırılmsı, xidmətlərin yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.

Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.

Tender komissiyası
 

Ərizə və anket forması

Spesifikasiyalar