Valyuta məzənnələri

17.11.2017

Alış Satış
USD 1.695 1.705
EUR 1.991 2.021
GBP 2.227 2.26
RUR 0.0281 0.0286
Alış Satış
USD 1.695 1.705
EUR 1.994 2.023
GBP 2.23 2.262
RUR 0.0281 0.0287
CHF 1.6963 1.722
CAD 1.3222 1.3423
TRY 0.4366 0.4432
JPY 1.4953 1.518
AED 0.4583 0.4652
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi
11 iyul 2017

DəmirBank-ın kapitalının artırılması və rəhbərliyi haqda açıqlama (RƏSMİ)

11 beynəlxalq investor DəmirBank ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.
Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır.
29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısı MBNP-in (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası)  diqqətinə çatdırılıb.
Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək DəmirBank-ın əsas səhmdarları olacaqlar.
Bundan əlavə DəmirBank rəhbərliyi ictimaiyyətin nəzərinə növbəti məlumatı çatdırmaq istərdi: Hazırda Bank-ın İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifələrini Oktay Əliyev yerinə yetirir. Bu vəzifəyə müvəqqəti olaraq təyin edilmiş təcrübəli Bankir 25 il ərzində DəmirBank-da  İdarə Heyətinin Sədr müavini və Baş direktor kimi vəzifələri uğurla yerinə yetirib.