Valyuta məzənnələri

19.10.2017

Alış Satış
USD 1.695 1.705
EUR 1.9905 2.0205
GBP 2.225 2.258
RUR 0.0292 0.0297
Alış Satış
USD 1.695 1.705
EUR 1.9935 2.0225
GBP 2.228 2.26
RUR 0.0292 0.0298
CHF 1.7166 1.7426
CAD 1.3498 1.3702
TRY 0.4581 0.465
JPY 1.4895 1.512
AED 0.4583 0.4652
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi
16 mart 2017

DəmirBank növbəti dəfə lider bank seçilib

DəmirBank növbəti dəfə “Təmassız ödəniş kartları üzrə lider bank” və Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nöminasiyaları üzrə Mərkəzi Bank tərəfindən birinci yerə layiq görülmüşdür.

Təmassız ödənişlər sahəsində artıq iki il liderliyini qoruyan DəmirBank plastik kartlar bazarında ilk banklardan biri olaraq 2015-ci ilin 3-cü rübündə təmassız kartlar layihəsini reallaşdıraraq müştərilərinə təqdim etmişdir. Eyni zamanda təmassız ödəniş kart əməliyyatlarını həyata keçirməyə imkan verən POS-terminallar infrastrukturunun genişləndirilməsi istiqamətində də işlərə başlanılmışdı.

Müxtəlif sahələr üzrə innovativ yeniliklərə açıq olan DəmirBank hər zaman plastik kart biznesinin inkişafına önəm vermişdir. Buna sübüt bankın ölkədə kart emissiya edən ilk banklardan biri olmasıdır. Həmçinin nağdsız ödənişlərin inkişafı məqsədilə cari bank sistemində bir sıra köklü yeniliklər həyata keçirilmiş, nəticədə yeni plastik kart proqram təminatı tətbiq olunmuşdur. Yeni proqrama keçid funksionallığı ilə seçilən məhsulların yaradılmasına və bir çox əməliyyatların (kart məhsullarının yaradılması, çap edilməsi və s.) 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan həyata keçirməyə imkan verir.

Texnoloji yeniliklərin tətbiqinə əhəmiyyət verən DəmirBank gələcəkdə də nağdsız ödənişlərin inkişafı istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.