Valyuta məzənnələri

15.12.2017

Alış Satış
USD 1.695 1.705
EUR 1.987 2.017
GBP 2.2625 2.2955
RUR 0.0286 0.029
Alış Satış
USD 1.695 1.705
EUR 1.99 2.019
GBP 2.2655 2.2975
RUR 0.0286 0.0291
CHF 1.7022 1.728
CAD 1.3165 1.3364
TRY 0.4335 0.45
JPY 1.4981 1.5208
AED 0.4583 0.4652
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi
13 fevral 2017

DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmayıb

Bugünlərdə ölkə mətbuatında DəmirBank haqda həqiqətə uyğun olmayan xəbərlər çıxmışdır. "DəmirBank" ASC olaraq həmin xəbərlərə aydınlıq gətirməyi lazım bildik.

Əvvəla, bildirmək istəyirik ki, DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmamışdır. Bu haqda iddialar tamamilə əsassızdır.

06 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilmişdir. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınmışdır.   

Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.

Qeyd edək ki, bu yaxınlarda yeni biznes modelə keçid etdiyini açıqlayan DəmirBank kapitalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı qərar vermişdir. Hazırda kapitalın artırılması prosesi gedir.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.